Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var

DÜNYA
22:46 01.09.2024
175
Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, iki nəfər həlak olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.

"Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb <...> iki nəfərdən ibarət hava gəmisinin ekipajı ölüb.

Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir”, – məlumatda diqqətə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR