Ukraynada hərbi əməliyyatlar nəticəsində 387 uşaq yaralanıb

Ukraynada hərbi əməliyyatlar nəticəsində 387 uşaq yaralanıb
DÜNYA
12:21 23.04.2022
341
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 387 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun teleqram kanalında məlumat yayılıb.

"Ölənlərin sayı dəyişməyib – 208 nəfər, yaralıların sayı isə artıb – 387 nəfər”, - məlumatda deyilir.

Yuvenal prokurorların məlumatına görə, uşaqlar ən çox Donetsk vilayətində xəsarət alıblar – 120 nəfər. Eyni zamanda, Kiyev vilayətində 113, Xarkov vilayətində 91, Çerniqov vilayətində 66, Kiyev şəhərində 16 uşaq yaralanıb.

Rusiya Silahlı Qüvvələrinin bombardmanı və açdığı atəşlər nəticəsində 1 500 təhsil müəssisəsi zərər görüb, onlardan 102-si tamamilə məhv edilib.
OXŞAR XƏBƏRLƏR