Ukraynada hərbi vəziyyət 30 sutka uzadıldı

Ukraynada hərbi vəziyyət 30 sutka uzadıldı
DÜNYA
19:24 20.03.2022
318
Ukrayna prezidenti Volodimir Zelenski martın 26-dan etibarən ölkədə hərbi vəziyyətin 30 sutka uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.

AZXEBER COM "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.

Söhbət Ukrayna prezidentinin "Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” fərmanının təsdiq edilməsi haqqında qanundan gedir.

"Bu qanun 26 mart 2022-ci il saat 05:30-dan etibarən Ukraynada hərbi vəziyyəti 30 sutka müddətinə uzadılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR