Ukraynada hərbi vəziyyət 90 gün uzadılıb

Ukraynada hərbi vəziyyət 90 gün uzadılıb
DÜNYA
18:00 06.02.2024
227
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha üç ay - 2024-cü il mayın 13-dək uzadıb.

Bu barədə "Səs” fraksiyasından olan deputat Yaroslav Jeleznyak məlumat verib.

Bu xüsusi rejim müharibə başlayandan bəri 10-cu dəfə uzadılıb.

Hərbi vəziyyətin uzadılması qərarını 335 deputat dəstəkləyib, 323 deputat isə səfərbərliyin uzadılmasının leyhinə səs verib.
OXŞAR XƏBƏRLƏR