Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
DÜNYA
18:46 14.07.2026
405
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini daha 90 gün uzadıb.

"RBK-Ukraine" xəbər verir ki, bu barədə Ali Rada bugünkü iclasında qərar qəbul edib.

Qərara əsasən, hərbi vəziyyət və ümumi səfərbərlik ən azı 31 oktyabr 2026-cı il tarixinədək qüvvədə qalacaq.

Bu, Rusiyanın müharibəyə başladığı vaxtdan bəri Ali Radanın hərbi vəziyyət və ümumi səfərbərliyin uzadılması ilə bağlı qəbul etdiyi 20-ci qərardır.

Müvafiq qanun layihələri Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən parlamentə təqdim olunub. 15401 və 15402 nömrəli qanun layihələrinin hər biri Ali Radada tələb olunan minimum 226 səsdən çox dəstək qazanaraq qəbul edilib.
OXŞAR XƏBƏRLƏR