Ukraynada karantin uzadılır

Ukraynada karantin uzadılır
DÜNYA
18:54 17.06.2020
1011

Ukrayna Nazirlər Kabineti koronavirus səbəbindən ölkədə tətbiq edilmiş adaptiv karantin rejimini iyulun 31-dək uzatmaq niyyətindədir.

Bu barədə "İnterfaks” xəbər verib.

"Bu gün biz adaptiv karantini iyulun 31-dək uzadacağıq”, - Baş Nazir Denis Şmıqal hökumətin çərşənbə günü keçirdiyi iclasında deyib.

 

Baş Nazir əlavə edib ki, lazım gələrsə, hökumət ayrı-ayrı bölgələrdə gücləndirilmiş karantin tətbiq etmək imkanını nəzərdən keçirəcək. Bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, indiyədək Ukraynada 33 234 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 943-ü vəfat edib, 14 943-ü sağalıb. Tibb müəssisələrində 17 348 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 327-si ağır vəziyyətdədir.

OXŞAR XƏBƏRLƏR