Ukraynada mer öz evində ölü tapıldı

Ukraynada mer öz evində ölü tapıldı
DÜNYA
18:38 15.08.2021
981
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukraynanın "Strana" internet nəşri məlumat yayıb.

"Dnepropetrovsk vilayətinin valisi Valentin Rezniçenko Konstantin Pavlovun ölümünü təsdiqləyib", - nəşr xəbər verir.

Onun sözlərinə görə, Pavlov evin eyvanında tapılıb, yaxınlıqda ov tüfəngi olub.

48 yaşlı K.Pavlov ikinci çağırış Ali Radanın deputatı idi. 2020-ci ilin dekabr ayında Krivoy Roqun meri təyin edilib.
OXŞAR XƏBƏRLƏR