Ukraynada metrolar bağlandı

Ukraynada metrolar bağlandı
DÜNYA
20:13 16.03.2020
4260

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkədə koronavirus səbəbindən bütün metro stansiyaları martın 18-i saat 12:00-dan etibarən bağlanmalıdır. 

Strana.ua xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram” kanalında bildirib. 

 

"İnfrastruktur Nazirliyi 18 mart 2020-ci il saat 12:00-dan etibarən metro stansiyalarının fəaliyyətini dayandıracaq”, - deyə ölkə başçısı açıqlama verib.  

Onun sözlərinə görə, şəhər daxilində taksilərdə və mikroavtobuslarda 10 nəfərə, trolleybus/tramvaylarda isə 20 nəfərədək adamın daşınmasına icazə verilir. 

OXŞAR XƏBƏRLƏR