Rusiya Ukraynanın Xarkov şəhərinə PUA-dan intensiv hücum həyata keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov sosial media hesabında məlumat verib.
Yerli vaxtla saat 01.16-a Rusiya ordusu Xarkova ən azı 15 "Şahed” tipli PUA göndərib və onların yarısı şəhərə düşüb.
Hücumda zərbələr olduğuna diqqət çəkən Sinegubov bildirib ki, şəhərin Novobavarskiy, Slobidskiy, Saltivski rayonlarında zərbələr olub.
Rusiyanın Novobavarskidə 14 mərtəbəli yaşayış binasını vurduğunu bildirən Sinegubov, hücum zamanı mənzilin yuxarı mərtəbələrinin eyvan hissələrinin zədələndiyini qeyd edib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın gecə saatlarında 20 "Şahed” PUA-dan istifadə edərək Ukrayna ərazisinə hücum etdiyi, 11 PUA-nın isə Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.
Mikayıl