Ukraynada müharibə yenidən başladı: 20 rus tərəfdarı öldürüldü

Ukraynada müharibə yenidən başladı: 20 rus tərəfdarı öldürüldü
DÜNYA
14:28 20.12.2016
3287
Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
 
AZXEBER.COM azvision.az-a istinadən bildirir ki, Rusiya tərəfdarı olan silahlı qruplarla Ukrayna əsgərləri arasında şiddətli döyüşlər başlayıb. Nəticədə 20 nəfər Rusiya tərəfdarı və 5 ukraynalı əsgər həlak olub. Tərəflər atəşkəsin pozulmasında bir-birlərini təqsirləndiriblər.
 
Ukraynanın Müdafiə Nazirliyi iddia edir ki, Debaltsevdəki rusiyayönümlü silahlı dəstələr ukraynalı əsgərləri 2 saat aralıqsız atəşə tutub.
 
Donbass bölgəsində Rusiya tərəfdarları ilə Ukrayna qüvvələri arasında toqquşmaların başladığı 6 aprel 2014-cü ildən indiyədək 10 mindən çox insan dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR