Ukraynada müharibənin bitməsi üçün yeni ümid - Paytaxtda həyat normala dönür

Ukraynada müharibənin bitməsi üçün yeni ümid  - Paytaxtda həyat normala dönür
DÜNYA
12:35 22.04.2022
413
Rus qoşunlarının tamamilə çıxdığı Ukrayanın paytaxtı Kiyevə geri dönənlərin sayı artmağa başlayıb.

AZXEBER.COM xəbər verir ki, Kiyevdə həyatın normallaşması istqamətində addımlar atılmağa başlanılıb.

Şəhər meri Vitali Kliçko bəyan edib ki, ölkədə müharibənin davam etdiyi bir vaxtda Kiyevdə normal həyat tədricən bərpa olunur. Əvvəllər küçələrdə qurulan barikadaların bir qismi götürülüb.

Son bir həftədə siqnal səslərinin yenidən artmağa başladığı Kiyevdə avtomobil sıxlığının artması, küçə və prospektlərdə qurulan barikadaların bəzilərinin götürülməsi diqqət çəkir. 

Paytaxtda təhlükəsizlik tədbirləri ilə bağlı sualları cavablandıran Kliçko bildirib ki, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün barikadalar genişləndirilir:

"Şəhər yavaş-yavaş normal həyata qayıdır. Nəqliyyat vasitələrinin normal hərəkəti üçün işlər görülür”.

Ölkədə müharibənin davam etdiyini xatırladan Kliçko "Biz müharibə şəraitində yaşayırıq, ona görə də barikadaların bəziləri qalacaq”, deyə bildirib.

Aydın Nuri
 





OXŞAR XƏBƏRLƏR