Ukraynada müharibənin əleyhinə olan yəhudiəsilli Rusiya jurnalisti vəfat edib

Ukraynada müharibənin əleyhinə olan yəhudiəsilli Rusiya jurnalisti vəfat edib
DÜNYA
20:39 27.02.2023
163
Uzun illər Rusiya Prezidenti Vladimir Putinin yaxın silahdaşı və ideoloqu olan, hazırda isə Moskvanın Ukraynada apardığı müharibənin əleyhinə çıxış edən yəhudiəsilli Rusiya jurnalisti və politoloqu Qleb Pavlovski vəfat edib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, onun ölümü ilə bağlı rəsmi qurumlar heç bir açıqlama verməyib.

Q.Pavlovskinin vəfatının müəmmalı olub-olmaması məlum deyil.

O, Rusiyanın müharibədə qalib gələ bilməyəcəyinə dair bəyanatla çıxış etmişdi.

Qeyd edək ki, politoloq, publisist, jurnalist, teleaparıcı, naşir, pedaqoq, siyasi texnoloq Q.Pavlovski 1951-ci il martın 5-də Ukraynanın Odessa şəhərində anadan olub.

O, ötən ilin martın 6-da verdiyi müsahibədə Rusiyanın Ukraynaya təcavüzünün perspektivləri ilə bağlı sualı cavablandırarkən demişdi: "Əlbəttə ki, ən doğrusu hansısa ağlabatan bəhanə ilə müharibəni dayandırmaq olardı”.

Q.Pavlovski son illərdə düşüncə etibarı ilə Rusiya hakimiyyətinə müxalif sayılırdı. Məsələn, 2021-ci il noyabrın 22-də o deyib: "... Hakimiyyət anladı ki, istənilən çətinlikdən, istənilən vəziyyətdən çıxmaq üçün müharibəyə qatılmaq olar. Bu, əlbəttə ki, səhvdir. Strateji baxımdan bu, böyük səhvdir və biz buna görə cəzalandırılacağıq”.

Politoloq həmin il dekabrın 10-da verdiyi müsahibədə isə V.Putin haqqında bildirmişdi: "Onun başında düşmənləri var. Kiminin başında tarakan, digərində düşmən olur”.

2021-ci il dekabrın 24-də "Exo Moskvı”ya verdiyi müsahibədə isə söyləmişdi: "Ukrayna müharibə üçün pis yerdir... Bu, onların tərəfindən xalq müharibəsi olacaq”.
OXŞAR XƏBƏRLƏR