Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın 300-dən çox zabiti, o cümlədən Qara Dəniz Donanması komandirinin müavini və iki general-mayor həlak olub. Döyüş qabiliyyəti ən yüksək olan hərbi birləşmələrin - xüsusi təyinatlıların, dəniz piyadalarının, paraşütçülərin bir hissəsi olan azı 500 əsgər zərərsizləşdirilib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə könüllülər qrupu ilə birlikdə Ukrayna ərazisində Rusiya hərbçilərinin məhv edilməsi ilə bağlı 1 700-dən çox nəşri tədqiq edən "Mediazona" internet nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, xüsusilə, 2014-cü ildə Ukraynanın şərqində döyüşən Kostroma və Pskov desantları böyük itki verib.
"... Döyüş meydanında vəzifələrinə ümumiyyətlə xarici ərazilərdə müharibə aparmaq daxil olmayanlar da var idi: Milli Qvardiyanın 70-dən çox döyüşçüsü öldürüldü...”, - nəşrin materialında deyilir.
Jurnalistlər Ukraynada 7 helikopter pilotunun və azı 20 pilotun da zərərsizləşdirildiyini öyrəniblər.