Ukraynada Sambo Federasiyasının prezidenti güllələnərək qətlə yetirilib

Ukraynada Sambo Federasiyasının prezidenti güllələnərək qətlə yetirilib
DÜNYA
11:59 27.09.2025
233
Krivoy Roqda şəhərin Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko güllələnib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, naməlum şəxs iki kişiyə atəş açıb, onlardan biri hadisə yerində ölüb, ikincisi isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Yevgeni Ponırkoya yeddi dəfə atəş açılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs ərazidən uzaqlaşıb.

Ponırko sambo və cüdo üzrə idman ustası, Avropa çempionatının bürünc mükafatçısıdır.
OXŞAR XƏBƏRLƏR