Ukraynada həftəsonu soyuq hava şəraiti səbəbindən 10 nəfər ölüb, 23 nəfər xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, soyuq hava şəraiti Ukraynanın Odessa, Kiyev, Mikolayiv, Çerkassı, Kirovoqrad və Xarkov vilayətlərində həyata mənfi təsir edib.
Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasına görə, güclü qar və tufan səbəbindən 14 magistral yol nəqliyyata bağlanıb, 16 bölgədə elektrik enerjisi kəsilib.
Qarın qalınlığının 2 metrə çatdığı Mikolayiv bölgəsində 10 magistral yol hərəkətə bağlanıb, ən azı 75 avtomobilə kömək göstərilib.
Çerkassı vilayətində yollarda qalmış yük maşınları müvəqqəti parklara çəkilib, axtarış-xilasetmə qrupları tərəfindən səyyar istilik məntəqələri yaradılıb.
Kirovoqrad vilayətində güclü qar nəticəsində yolda qalan 300-ə yaxın insan və 164 avtomobil xilas edilib.
Ayşən