Ukraynada səfərdə olan Bayden Putin haqda danışdı

Ukraynada səfərdə olan Bayden Putin haqda danışdı
DÜNYA
15:59 20.02.2023
288
ABŞ prezidenti Cozef Bayden Ukraynaya artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radarları da daxil olmaqla kritik avadanlıqların veriəcəyini açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, ABŞ prezidentinin müvafiq bəyanatı Ağ Evin saytında dərc olunub.

"Dünya Rusiyanın Ukraynaya qəddarcasına təcavüzünün ildönümünü qeyd etməyə hazırlaşarkən, mən prezident Zelenski ilə görüşmək və Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz öhdəliyimizi bir daha təsdiqləmək üçün bu gün Kiyevdəyəm”, - Bayden deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin təxminən bir il əvvəl bu işğala başlayanda Ukraynanın zəif olduğuna və Qərbin parçalandığına inanırdı.
 
"O, bizdən çox yaşaya biləcəyini düşünürdü. Amma dərindən yanıldı. O sadəcə olaraq böyük səhv etdi", - bəyanatda deyilir.
 
Bayden bildirib ki, bu gün Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və komandası ilə Ukraynaya dəstək mövzusunda geniş müzakirələr aparmaq üçün görüşür. "Ukrayna xalqının hava bombardmanlarından qorunmasına kömək etmək üçün artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radarları da daxil olmaqla, kritik avadanlıqların növbəti çatdırılmasını elan edəcəyəm", - ABŞ prezidenti bildirib.
 
O, həmçinin əlavə anti-Rusiya sanksiyalarının elan olunduğunu açıqlayıb.
 
Gülay
 
OXŞAR XƏBƏRLƏR