'Ukraynada təhsil almağın yalnız bir mənfi cəhəti vardır – təhsilinizi bitirdikdən sonra Ukraynanı tərk etmək istəməyəcəksiniz'
GƏNCLİK
17:02 24.09.2012
13975
2012-ci ilin sentyabrın 20-dən 22-dək “Bakı Ekspo Mərkəzi”ndə 6-cı Azərbaycan Beynəlxalq “Təhsil və karyera” Sərgisi – təhsil sahəsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə dövlət səviyyəsində təşkil olunmuş yeganə tədbir baş tutmuşdur.Sentyabrın 21-də sərgi çərçivəsində “Ukraynanın təhsil sistemi”nin təqdimatı keçirilmişdir.Təqdimat abituriyentlərin və tələbələrin, yuxarı sinif şagirdlərinin və valideynlərin, əlavə ixtisas əldə etmək istəyən gənclərin böyük marağına səbəb olmuşdur.Təqdimatda Ukraynada ali təhsil almaq mövzusu açıqlanmışdır: ali təhsil sistemi, Ukrayna diplomlarının başqa ölkələrdə tanınması, ən güclü elmi məktəblər və ali təhsil müəssisələri, təhsil sistemində innovasiyalar, Ukrayna diplomuna malik olan mütəxəssislərin əmək bazarında rəqabət qabiliyyəti, xarici tələbələrin Ukraynaya daxil olma və təhsil aldıqları müddət ərzində orada yaşama şərtləri.Təqdimatı Ukraynanın Təhsil və elm, gənclər və idman Nazirliyinin “Ukrayna beynəlxalq təhsilinin Ukrayna dövlət mərkəzi”nin direktoru Vasiliy Petroviç Şik və Ukraynanın Təhsil və elm, gənclər və idman Nazirliyinin “Ukrayna beynəlxalq təhsilinin Ukrayna dövlət mərkəzi”nin Azərbaycanda, Türkiyədə və İranda təmsilçisi Aydın Novruzov açdılar. Onlar Ukraynanı və onun təhsil sistemini qısaca səciyyələndirdilər, habelə Azərbaycan vətəndaşlarının Ukrayna ərazisində qalmaları baxımından Ukrayna qanunvericiliyi barədə məlumat verdilər.Azərbaycan vətəndaşları Ukraynaya 90 gün ərzində qeydiyyatsız daxil olmaq hüququna malikdirlər. Abituriyent müsahibədən keçdikdən sonra ali təhsil müəssisəsi abituriyent üçün müvəqqəti yaşayış hüququ rəsmiləşdirir.Daha sonra Ukraynanın təhsil və elm, gənclər və idman nazirliyinin “İnformasiya –imic mərkəzi” dövlət müəssisəsinin direktoru Viktoriya Aleksandrovna Sergiyenko hazırda Ukraynanın xarici tələbələri təhsil üçün fəal cəlb etməsindən danışdı. Ukrayna nə üçün maraqlıdır? – Ukraynada təhsil almaq nüfuzludur. Ukrayna vətəndaşlarının 90%-dən çoxu orta və ali təhsilə malikdirlər. Ukrayna, təhsil alan xarici tələbələrin sayına görə ölkələrin ilk onluğuna daxildir. Ukrayna irqlərarası, etnik və dini münaqişələrin olmadığı tolerant bir ölkədir. Ukraynada təhsil və yaşamaq Avropaya nisbətən daha ucuzdur və bir çox ölkələrə nisbətən daha təhlükəsizdir. Mütəxəssislərin səviyyəsi isə Avropa İttifaqında və Şimali Amerikada olduğu kimidir. Xarici tələbələr dövlət diplomlarını iki dildə alırlar və bu diplomlar bütün dünyada tanınır. “Ukrayna gözəl və dostpərvər bir ölkədir. Ukraynada bir neçə il təhsil aldıqdan və yaşadıqdan sonra onu sevmədən tərk etmək mümkün deyildir. Ukraynada təhsil almağın yalnız bir mənfi cəhəti vardır – təhsilinizi bitirdikdən sonra Ukraynanı tərk etmək istəməyəcəksiniz”, - deyə Viktoriya Aleksandrovna öz nitqini bitirdi.Növbəti çıxışçı Karazin adına Xarkov Milli Universitetinin beynəlxalq əməkdaşlıq Mərkəzinin direktoru Stanislav Yevgenyeviç İqnatyev oldu. O Ukraynanın təhsil sistemində innovasiyalardan danışdı. Ukraynanın Boloniya sisteminə qoşulması ali təhsilin səviyyəsini yüksəltməklə yanaşı, həm də Ukrayna universitetlərinin məzunlarına Avropada işə düzəlmək imkanları açmışdır.Təqdimatda həmçinin, Karazin adına Xarkov Milli Universitetinin elmi-pedaqoji işlər üzrə prorektoru Zarif Fatih oğlu Nazirov və Xarkov Milli Radioelektronika Universitetinin xarici tələbələrin təhsili fakültəsinin dekanı, texniki elmlər doktoru, professor Murad Ənvər oğlu Ömərov öz təqdimatları ilə çıxış etdilər.Rəsmi hissədən sonra gələcək tələbələr və onların valideynləri Nazirliyin və Ukraynanın nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyətdə olmaq və onlara öz suallarını vermək imkanını əldə etdilər.Ukraynada təhsil haqqında ətraflı məlumatı https://see-you.in.ua/ saytında əldə edə bilərsiniz.