Ukraynada təhsil: Azərbaycanlı tələbələrin aqibəti necə olacaq?

Ukraynada təhsil: Azərbaycanlı tələbələrin aqibəti necə olacaq?
SOSİAL
00:24 19.03.2022
564
"Ukraynada təhsil almaq qəbahət deyil”.

Bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Ramal Şəmşədli deyib.

O bu il gənclərimizin təhsil almaq üçün Ukraynaya üz tutacağına inanmır:

"Gənclərimizin Ukraynaya üz tutmalarının müxtəlif səbəbləri var. Rus sektorundan məzunlar var ki, sırf buna görə həmin ölkəyə oxumağa gedir. Lakin dil bilmədən gedənlərin az deyil. Onlar Rusiyaya da üz tuta bilərlər. Amma inanmıram ki, bu il həmin yerlərə oxumağa can atsınlar. Həmin universitetlərdə onsuz da təhsil onlayn şəkildədir. Qeydiyyatdan keçib, qəbul ola, təhsillərini onlayn şəkildə davam etdirə bilərlər”.

R. Şəmşədlinin sözlərinə görə, bu il son kursda olan azərbaycanlı tələbələrin diplomlarını ala bilməmə ehtimalı var:

"Müharibəni tələbələrimiz çıxarmayıb. Təəssüf ki, Təhsil Nazirliyinin də bununla bağlı hər hansı bir açıqlaması yoxdur. Ukraynada elə tələbimiz var ki, sonuncu kursdadır. Bu vəziyyətdə, yəqin k, diplomunu ala bilməyəcək.

Bununla yanaşı həmin gənclərlə bağlı başqa problemlər də ortaya çıxır. Oğlan tələbələr hər semestrdən sonra hərbi çağırışa görə möhlət hüqüqu almaq üçün təhsil aldığı ali məktəbdən arayış almalıdır. İndi bunu da edə bilməyəcəklər”.

Ramal Şəmşədli qeyd edib ki, Ukraynadakı tələbələrimiz özəl statusla universitetlərimizdə təhsil ala bilərlər:

"Onları normal şəkildə transfer eləməyimiz düzgün olmaz. Amma həmin tələbələri özəl statusla, xarici tələbələr kimi universitetlərə qəbul edə bilərlər. Xaici tələbələr necə daxil olub, oxuyurlarsa, onlar da elə. Tutalım, universitetdə təhsil haqqı 1000 manatdır, xaricilər 2000 manat ödəyir, bunun kimi. Lakin universitetlərimizin də o qədər tələbə üçün müvafiq bazası yoxdur.

Ukraynadan gələnlər özəl statusla regionlarda da təhsil ala bilər. Bunun üçün normal sistem açılmalı, tələbələrə dair bütün məlumatlar yerləşdirməlidir. Nazirlik bu sistem üzrə harada boş yer varsa, tələbəni ora köçürməlidir”.
 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır