Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.
Bildirilir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Trend