Ukraynada yüz minə yaxın insan küçələrə axışdı - FOTOLAR

DÜNYA
10:20 25.11.2013
1329

Nazirlər Kabinetinə girmək istəyən nümayişçilərlə polis arasında toqquşma olub, gözyaşardıcı qazdan istifadə edilib

Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının etiraz aksiyaları keçiriblər.  "Avropa Ukraynasına görə" marşı paytaxt Kiyevin böyük hissəsinə yayılıb. Aksiya iştirakçıları əsasən Avropa meydanına toplaşıblar. Aksiyada 100 mindən artıq insanın iştirak etdiyi qeyd edilir. Avropaya inteqrasiyanın tərəfdarı olan insanların əksəriyyətinin paltarına Avropa Birliyi və ölkə bayraqlarından ibarət lentlər bağlanılıb. Nazirlər Kabinetinin qarşısında toplaşanlarla polislər arasında toqquşma olub. Binaya girmək istəyənlər hüququ mühafizə əməkdaşlarına tüstü şaşkiləri atıblar. Nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Axşam saatlarına olan məlumata görə, Nazirlər Kabinetinin binası önünə yürüş ediblər. Daha sonra onlar yenidən Avropa meydanına qayıdıblar. Məlumata görə, sabah səhər saat 08:00-da aksiya iştirakçıları yenidən hökumət binasına yürüş edəcəklər. Aksiyanın dağıdılmasına iştirak edən “Berkut” xüsusi təyinatlılarıda artıq adıçəkilən ərazidə azalıblar. Avropaya inteqrasiya kursunu dəstək nümayiş etridmək üçün Lvov şəhərində də aksiyalar keçirilib. Aksiyanın təşkilatçıları Kiyevdə baş verənlərlə bağlı bu şəhərdəki aksiyaların müddətsiz olacağını bildiriblər. (anspress)

OXŞAR XƏBƏRLƏR