Ukraynadakı azərbaycanlılar digər türkdilli xalqlar və yəhudilər ilə birgə prezident seçkiləri ilə bağlı bəyanat verib

Ukraynadakı azərbaycanlılar digər türkdilli xalqlar və yəhudilər ilə birgə prezident seçkiləri ilə bağlı bəyanat verib
SİYASƏT
13:45 07.10.2013
2189
Ukraynadakı bütün azərbaycanlılar digər türkdilli xalqlar və yəhudilər ilə birgə Azərbaycandakı prezident seçkiləri ilə bağlı bəyanat verib

AZXEBER.COM-un məlumatına görə, oktyabrın 5-də Ukraynanın paytaxtı Kiyev şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə bütün regionlardan toplaşmış azərbaycanlı diaspor rəhbərləri ilə yanaşı yəhudi və digər türkdilli xaqları təmsil edən diaspor konqreslərinin iştirakı ilə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı beynəlxalq konfrans keçirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, konfrans Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin, Ukrayna Azərbaycalı Gənclər Birliyinin (SAMU), Ukrayna Yəhudiləri Konqresinin, Ukrayna Türk xalqları Konqresinin, Ukrayna regional diaspor rəhbərlərinin, bir qrup müxtəlif millətlərdən olan yerli deputatların və ictimai xadimlərin iştirakı ilə baş tutub.

Toplantı iştirakçıları əvvəlcə Ukraynanın 20-ə qədər regionundan bir araya gələn diaspor təşkilatları, səfir E. Mədətli tərəfindən yeni yaranmış BUAK rəsmən elan olunub və əvəllər keçmiş Ukrayna Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş Rövşən Tağıyev yeni yaranan birləşmiş azərbaycanlılar konqresinə sədr seçilib. Bildirilib ki, yeni yaranmış təşkilat vaxtı ilə keçmiş UAK –da birləşmiş əksər regional və yeni yaranmış diaspora təşkilatlarının birləşməsindən yaranıb. Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirin müzakirələrini açıq elan Rövşən Tağıyevin konfansın “İlham Əliyevə Dəstək” şüarı altında keçirildiyini bildirib. O qeyd edib ki, təməli Azrbaycan xalqının ümummili lideri Heydər Əliyev tərəfindən qoyulmuş diaspor siyasətinin son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilmçəsi nəticəsində bu gün dünyada Azərbaycan və azərbaycanlılar şöhrət və dəstək qazanıblar. O bu siyasətin xaricdə yaşayan soydaşlarımızın mütəşəkkil təşkilatlanmasına və inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib. 

R. Tağıyev həmçinin xatırladıb ki, məhz Heydər Əliyev təşəbbüsü və dəstəyi ilə Rusiyadan sonra ikinci daha çox azərbaycanlıların yaşadığı Ukraynada onların iştiraqkı ilə vahid azərbaycanlılar konqresi yaranıb: “Bununla ulu öndərin sayəsində nəinki Ukraynada, bütün Şərqi Avropada biz öz söüzümü deyə bildik və hazırkı prezident İlham Iliyevin dəstəyi ilə bunu davam etdirəcəyik”. Çıxış edən səfir Eynulla Mədətli Ukraynada yaşayan azərbaycanlıların birliyinin və həmrəyliyinin əldə olunmasına yönəldilən işlərdən danışıb, Ukraynadakı diasporumuzun həm Ukraynanada, həm də Azərbaycanda baş verən ictimai-siyasi proseslərdəki aktiv iştirakini dəyərləndirib. Səfir BUAK - ın Azərbaycanda 9 оktyabr günü keçiriləcək Prezident seçkilərinə həsr olunmuş tədbirin keçirilməsi təşəbbüsünü azərbaycanlıların vahid ideya ətrafında birləşməsinə nümunə gətirərək, təşkilatın sədrinə gələcək işlərində uğurlar arzulayıb. E. Mədətli Azərbaycan səfirliyində seçkilərlə bağlı vacib olan tədbirlərin həyata keçirildiyini bildirib. Səfir Ukraynada yaşayan Azərbaycan vətəndaşlarını seçkilərdə aktiv şəkildə iştirak etməyə çağırıb. Tədbirdə çıxış edən Türk xalqları Konqresinin sədri Timur Masautov, Ukrayna Yəhudiləri Konqresinin sədri Arkadiy Monastırskiy, SAMU sədri Anar Tahirov, “Qubernator” jurnalının baş redaktoru Boqdan Bileyçuk, Dnepropetrovsk Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov, keçmiş UAK - ın əvvəlki eks sədri İlqar Abbasov, Ukraynanın müxtəlif Vilayət və şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının sədrləri və digər toplantı iştirakçıları çıxış edərək, Ukrayna- Azərbaycan arasında mövcud olan əməkdaşlıq, dostluq və strateji müttəfiqlik əlaqələrinin inkişafında, İlham Əliyevin uğurlu siyasətindən danışıb, qarşıdakı seçkilərdə Azərbaycan xalqının həmişə olduğu kimi bu dəfədə müdrik seçim edəcəyinə əmin olduqlarını bildiriblər. Sonda BUAK tərəfindən konfrans iştirakçıları ilə birgə Ukraynada və bütün dünyada yaşayan azərbaycanlıları 9 оktyabr günü Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Əliyevə dəstək vermək üçün çağırış bəyanatı qəbul olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb