Ukraynadakı səfirliyimiz: "Ölkəmizin imici əsas vəzifəmizdir"

Ukraynadakı səfirliyimiz: "Ölkəmizin imici əsas vəzifəmizdir"
SİYASƏT
14:48 30.11.2018
3345

Azərbaycan Respublikasının dövlət siyasətini, dövləti maraqları ölkəmizdən kənarda təbliğ etməklə bərabər, o maraqların qorunmasını təmin edən başlıca vasitənin diplomatik nümayəndəliklər olduğu bəllidir.


O faktor isə hökmən nəzərə alınmalıdır ki, diplomatik nümayəndəliklərin qərarlaşdığı ölkələrdə diaspor təşkilatlarımızın formalaşdırılması işinin ağırlığı da biləvasitə səfirliklərin üstündə olur. Sözssüz ki, ölkələrimizi qədim tellər bağlayan Ukrayna Respublikasında da belədir.


Yeri gəlmişkən, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin ABŞ-ın Harvard Universitetinin rəsmi saytında yayılmış "Çin-Azərbaycan-Gürcüstan-Ukrayna: "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində əməkdaşlığın perspektivləri” sərlövhəli geniş məqalədə həmin tellərin tarixi kökləri kifayət qədər sadalanırdı.

Ukraynadakı mənbələrimiz o faktı xüsusi vurğulayırlar ki, səfir Azər Xudiyev, ümumiyyətlə, mətbuat üçün kifayət qədər açıq olan diplomatlardan sayılır. Əlbəttə, bu ona imkan verir ki, Azərbaycan mədəniyyətini, tarixini daha geniş təbliğ etməklə bərabər, dövlətimizin üz-üzə qaldığı problemlər və həmin problemlərin yarada biləcəyi fəsadlar həmin ölkədə ictimailəşsin.


Məsələn, leytmotivində "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir” fikirləri dayanan Ukraynanın "5-ci kanal”ına müsahibəsində səfir Azər Xudiyev oxşar problemlərin dünyada sülh və təhlükəsizlik üçün başlıca təhlükə mənbəyi olduğunu əsaslandırır. Onun oxşar KİV müsahibələrində və analitik yazılarında Azərbaycandakı tolerantlıq mühiti barədə əsaslandırılmış fikirləri vurğulanır və belə bir mühitin mövcudluğuna görə xalqımızın bəşəri keyfiyyətləri ilə bərabər, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin siyasi iradəsi də xüsusi qabardılır.


Kiyevdəki mənbəmiz bildiri ki, səfir Azər Xudiyev hələ Moldovada diplomatik nümayəndə işləyərkən Kişinyov şəhərinin mərkəzində Nizami Gəncəvi adına parkın salınmasına və orada dahi Azərbaycan şairinin abidəsinin ucaldılmasına müfəffəq olub. Həmin park 21 aprel 2005-ci il tarixində Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində açılaraq yerli sakinlərin ixtiyarına verilib. Azər Xudiyev ölkəmizin Sloveniyadakı müvəqqəti işlər vəkili olduğu dövrdədə Azərbaycanla bağlı bir sıra mədəni layihələr həyata keçirib. Beləki ,2015-ci ildə Lyublyana şəhərinin mərkəzində diplomatik nümayəndəliyimiz tərəfindən Nizami Gəncəvinin abidəsinin , 2016-ci ildə isə əfsanəvi partizan Mehdi Hüsüynzadənin abidəsinin ucaldılması tarix boyu Azərbaycanla Slovenya xalqları arasında mədniyyət körpüsü rolunu oynayacaq.Onuda qeyd edəkki,Diplomatik nümayəndəliyimizin müraciəti ilə Sloveniya parlamenti 2015-ci ildə Xocalı Soyqrımı ilə bağlı qərar qəbul edib.


Son iki ildə ildə isə Azərbaycanın Ukraynadakı səfiri kimi birbaşa Azər Xudiyevin təşəbbüsü ilə dost ölkədə Azərbaycanla bağlı bir sıra mədəni layihələr həyata keçirilib.


2017-ci ildə Kiyev şəhərinin mərkəzində Azərbaycan-Ukrayna dostluq parkı açılaraq, yerli sakinlərin ixtiyarına verilib.Ötən il Lvov şəhərindəki 1-saylı Klinik xəstəxananın nəzdində görkəmli aftolmoloq alim, akademik Zərifə Əliyeva adına müasir avadanlıqlarla təchiz olunmuş oftolmoloji mərkəz açılb.Bu ilin iyul ayında Kiyevin əsas mərkəzi küçələrinin kəsişdiyi yerdə Müslüm Moqamayev adına istirahət parkı salınıb.Orada dahi azərbaycan oğlunun 8 metrlik abidəsi ucaldılıb. İyulun 18-də Azərbaycan və Ukraynanın mədəniyyət nazirlərinin iştirakı ilə həmin parkın təntənəli açılışı olub. Bu il iyunun 22-də Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Ticarət Evinin açılışı olub. Açılış mərasimində hər iki ölkənin İqtisadiyyat nazirləri iştirak edib.Bununla yanaşı, səfirliyimizin təşəbbüsü ilə şəhərin digər mərkəzi parklarından birinə Nizami Gəncəvinin adinın verilməsi ilə bağlı Kiyev Şəhər Meriyası qərar çıxarıb. Yaxın gələcəkdə o parkda Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin inşa olunacağı nəzərdə tutulur , həmçinin dahi Azərbaycan şairinin abidəsi də ucaldılacaq.


Hazırda səfirliyimizin ərazisində diplomatik korpusumuzun əməkdaşları üçün yaşayış binası inşa olunur, onun gələn ilin sonuna qədər başa çatacağı nəzərdə tutulur.


Azərbaycanın Ukraynadakı səfirliyi həmçinin ermənilərin son iki əsrdə xalqimiza və torpaqlarımıza qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Səfirliyin təşəbbüsü ilə son iki ildə Xocalı soyqrımı ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, Ukraynanın müxtəlif vilayət və şəhərlərinin mərkəzi hissələrində fevral ayının 10-dan sonunadək Xocalıya ədalət biqbordları yerləşdirilmişdir.

 

Bununla yanaşı, Ukraynanın hava limanında ənənəvi olaraq Azərbaycan mədəniyyəti günləri təşkil olunur. Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında 2017-ci il may ayının 10-dan başlayaraq Etno-Caz festifalının keçirilməsi milli mənəvi dəyərlərimizin Ukraynada təbliğ olunmasında müstəsna rol oynayır.


Əlbəttə, Azərbaycan Respublikasının xarici ölkələrdəki hər bir diplomatik korpusu təmsil etdiyi ölkənin simasını müəyyənləşdirir və etiraf edək ki, Ukraynadakı səfir və səfirliyimiz barədə formalaşmış bu cür ictimai rəy barədə eşitmək xoşdur.

 

////polemik.az

OXŞAR XƏBƏRLƏR