Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi sadələşdirilib

Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi sadələşdirilib
SOSİAL
17:23 26.02.2022
366
"Ukraynadan Moldovaya gələn və hava yolu ilə Azərbaycana getmək üçün Moldovadan Rumıniyaya yola salınan vətəndaşlarımız üçün prosedur daha da sadələşdirilib, tranzit vizası ləğv olunub”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Qüdsi Osmanov deyib ki, dünən gecə Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında danışıqlardan sonra qərar verilib ki, Ukraynadan Moldovaya gələn Azərbaycan vətəndaşlarının Rumıniyaya keçməsi üçün viza tələb olunmasın:

"Sadəcə, bizim Səfirlik Azərbaycana hava yolu ilə getmək üçün Rumıniyaya keçəcək vətəndaşlarımızın ad və soyadlarını təqdim edir, o cümlədən Rumıniyanın Moldovadakı səfirliyinə məktub yazırıq ki, bu insanlar sərhəddən keçəcək. Rumıniya Səfirliyi də bu məlumatları Rumıniya Xarici İşlər Nazirliyinə göndərir və sərhəddən artıq həmin vətəndaşlar Rumıniyaya buraxılır. Ancaq Moldova-Rumıniya sərhədini keçmək üçün həmin vətəndaşlarımızın həm də Buxarestdən Azərbaycana tranzit uçuş üçün təyyarə bileti alması lazımdır. Bu biletlər Moldovada onlayn qaydada, yaxud aviakassalardan alına bilər. Kimin imkanı var, biletini alır, kimin də pulu yoxdur, onları da yerləşdirmişik və onların da Azərbaycana qayıtması üçün müvafiq addımlar atılır. Bu insanlar da Azərbaycana qayıdacaqlar”.

Səfir onu da qeyd edib ki, indiyə qədər Ukraynadan Moldovaya 500-ə qədər Azərbaycan vətəndaşı gəlib:

"Vətəndaşlarımızı Səfirliyimizin əməkdaşı Palanka və Oxnitsa sərhəd-keçid məntəqələrindən avtobusla Kişinyova yola salır, Səfirlik bunun xərcini özü ödəyir. Kişinyova gələndə də bu insanların hər biri xüsusi diqqət mərkəzində olur, müvafiq qaydada yerləşdirilirlər. Bunun üçün Moldova hökuməti müvafiq yerlər ayırıb, eyni zamanda, burada yaşayan azərbaycanlılar da onları öz evlərində yerləşdirir. Onlardan kimin imkanı var, otellərdə qalır. Yəni bu sahədə də bir problem yoxdur”.

Qeyd edək ki, Moldova hökuməti Ukraynadan hazırda qaçqınları qəbul etmək üçün iki sərhəd-keçid məntəqəsi müəyyənləşdirib. Bunlar Palanka və Oxnitsa sərhəd-keçid məntəqələridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər