Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın konsertində - FOTO

Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın konsertində - FOTO
SOSİAL
14:10 02.06.2022
344
Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında "Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.

Konsertə uzun zamandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da gəlib.

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılırdı. 

Səfirimiz hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.
 
///Bizim.Media

 

OXŞAR XƏBƏRLƏR