Ukraynadakı yanğında ölən azərbaycanlıların adları məlum oldu

Ukraynadakı yanğında ölən azərbaycanlıların adları məlum oldu
SOSİAL
21:52 03.10.2017
1187
Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.
 
AZXEBER.COM APA-ya istinadən məlumatına görə, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.
 
Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb.Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.
 
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.
 
Qeyd edək ki, ölən 4 azərbaycanlının meyiti sabah vətənə yola salınacaq. Bu barədə Zaporojye azərbaycanlıları cəmiyyətinin sədri Həbib Həsənli bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan diasporunun köməyi ilə ölən azərbaycanlılarla bağlı bütün sənədlər hazırlanıb və onların vətənə göndərilməsi üçün bütün tədarük görülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı