Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edildi

Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edildi
DÜNYA
13:52 04.03.2022
522
"Bu gün səhər saatlarında Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib".

Bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov deyib.

O bildirib ki, səfirlik əməkdaşları onları yerləşdirmək üçün yerlər ayırıb: "Onların siyahısı tutulacaq. Növbəlilik əsasında avtobuslarla Türkiyə üzərindən ya Azərbaycana yola salınacaqlar. Bəziləri istəyir ki, Buxaret-İstanbul -Bakı istiqamətində bilet alaraq Azərbaycana getsin. Onlar özləri gedəcək”.
 
///Report
OXŞAR XƏBƏRLƏR