Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindən təxminən 1000 kilometr uzaqda yerləşən Rusiyadakı neft emalı zavoduna, həmçinin raket daşıyan Tu-95MS strateji bombardmançı təyyarəsinə zərbə endirdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Zelenski sosial media hesabında Ukrayna Müdafiə Qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi hücumlarla bağlı məlumat verib.
Ukrayna lideri Rusiyanın Yaroslavl vilayətində yerləşən neft emalı zavoduna hücum edildiyini bildirib.
"Məsafə cəbhə xəttindən 1000 kilometrdir. Rusiyanın Qara dənizdəki müharibəsinə qarşı da layiqli cavablarımız oldu”, – deyə Zelenski qeyd edib.
Zelenski Ukrayna ordusunun Rusiyanın Engels şəhərində raket daşıyan Tu-95MS tipli təyyarəyə də hücum etdiyini bildirib.
"Bunlar Ukraynaya qarşı hücumlar həyata keçirən təyyarələrdir. Bütün döyüşçülərimizə dəqiqliklərinə görə təşəkkür edirəm. Bütün bunlar onların hücumlarına cavabdır.
Ruslar öz müharibələrinin necə bir şey olduğunu hiss etməlidirlər”, – deyə Ukrayna Prezidenti vurğulayıb.









































