Ukraynadan Rusiyanın nüfuzdan salan əməliyyatına qarşı XƏBƏRDARLIQ

Ukraynadan Rusiyanın nüfuzdan salan əməliyyatına qarşı XƏBƏRDARLIQ
DÜNYA
14:10 28.02.2024
134
Ukrayna Prezidenti yanında Kəşfiyyat Komitəsi Rusiyanın Kiyev administrasiyasını gözdən salmaq üçün yazda xüsusi əməliyyata başlayacağını bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, komitənin yazılı açıqlaması Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin Telegram kanalında paylaşılıb.

"Rusiya rəhbərliyi dünya ictimaiyyətinin diqqətini bilərəkdən Rusiya-Ukrayna müharibəsindən yayındırmaq üçün planlı təxribat, informasiya əməliyyatı və açıq təxribat planını həyata keçirməyə başlayıb” deyə bəyanatda iddia edilib.
 
Həmçinin bildirilib ki, bu addımı atmaqda məqsəd xalq arasında çaxnaşma yaratmaqdır:

"Rusların Ukraynadakı məqsədinin cəmiyyəti ruhdan salmaq, xalq arasında çaxnaşma yaratmaq, əsgərlərlə mülki şəxslər arasında çaxnaşma salmaq, ölkənin siyasi idarəsi və vətəndaş cəmiyyəti də daxil olmaqla hər kəsi bir-birinə qarşı qoymaqdır".

Bəyanat Ukrayna cəmiyyətinə, beynəlxalq tərəfdaşlara və müttəfiqlərə qlobal təhdidlərə və yeni qlobal hibrid müharibəyə qarşı mübarizədə xüsusilə informasiya sahəsində birgə müqaviməti və hərtərəfli təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR