Ukraynadan Rusiyaya YENİ HÜCUM

Ukraynadan Rusiyaya YENİ HÜCUM
DÜNYA
13:04 28.08.2023
233
Rusiya PUA-larla Kiyevin Moskva və Bryansk vilayətlərinə hücum cəhdlərinin qarşısı alındığını bildirib.

AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva və Bryansk vilayətlərinə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdlərinin qarşısı alındığını bildirib.

Nazirlikdən verilən açıqlamada Kiyevin gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etməyə cəhd etdiyi deyilib.

Nazirliyin digər açıqlamasında qeyd olunub ki, bu gün saat 04:30 radələrində Ukraynanın Moskvaya hücum cəhdinin qarşısı alınıb, Moskva vilayətinin Lyubertsı şəhərinin hava məkanında PUA məhv edilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabında Lyubertsıda Moskva istiqamətində uçan PUA-nın vurulması nəticəsində insan tələfatının və dağıntıların olmadığını, hadisə yerində fövqəladə hallar xidmətinin işlədiyini paylaşıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR