Ukraynadan təxliyə üçün müraciət edənlərin Azərbaycana gətirilməsi planlaşdırılır

Ukraynadan təxliyə üçün müraciət edənlərin Azərbaycana gətirilməsi planlaşdırılır
SOSİAL
13:23 26.02.2022
302
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib. Onların arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də var.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.

Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR