Ukraynada 18-60 yaş arası kişilər ölkəni tərk edə bilməyəcək.
AZXEBER.COM xəbər verir ki, yeni qərara əsasən hərbi vəziyyətin elan olunduğu Ukraynada 18-60 yaş arası kişilərin ölkəni tərk etməsinə icazə verilməyəcək.
Rusiyanın hərbi müdaxiləsindən sonra bəzi Ukrayna vətəndaşları ölkəni tərk etməyə başlayıb.
Lvov Gömrük İdarəsinin rəisi Daniil Menşikov 18-60 yaş arası kişilərin Ukraynadan çıxmasına icazə verilməyəcəyini açıqlayıb:
"18-60 yaş arası kişilər buraxılmayacaq. Hərbi vəziyyətə görə ölkəmizi tərk etməyə icazə verilmir. Xahiş edirəm, panikaya düşməyin və icazəsiz sərhədləri keçməyin”.
Ayşən