Ukraynalı atlet dopinqə görə cəzalandırıldı

DÜNYA
19:24 22.08.2024
149
Ukraynalı atlet Natalya Leqonkova müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

Bu barədə "Athletics Integrity Unit" (AIU) qərar çıxarıb.

41 yaşlı idmançının dopinq testində qadağan olunmuş eritropoetin maddəsi aşkarlanıb. Qərar avqustun 21-dən qüvvəyə minir.

Qeyd edək ki, Natalya Leqonkova karyerası ərzində Polşa, Şotlandiya, Fransa və ABŞ-də baş tutmuş marafon yarışlarında qalib gəlib. O, 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş olimpiadada 87-ci yeri tutub.
 
///report
OXŞAR XƏBƏRLƏR