Leyla İbrahimova evindən oğurlandı - FOTO

Leyla İbrahimova evindən oğurlandı - FOTO
DÜNYA
13:06 10.03.2022
539
Ukraynanın Zaporojye vilayət şurasının deputatı Leyla İbrahimova evindən qaçırılaraq, naməlum istiqamətə aparılıb.

Bu barədə Krım Tatar Milli Məclisinin deputatı Eskender Bariyev bildirib.

"Bu gün Melitopolda səhər saat 6-da Rusiya ordusuna məxsus hərbi geyimdə olan silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə girərək axtarış aparıblar, telefonlarını müsadirə ediblər. Leyla İbrahimovanın özü naməlum istiqamətdə aparılıb”, - deyə deputat bildirib.

L.İbrahimovanın qohumları və partiyadaşları məlumatı təsdiqləyiblər.

OXŞAR XƏBƏRLƏR