Katarakt

Ukraynalı deputat UEFA-dan 2 oyunun Rusiyadan alınmasını istədi

İDMAN
20:37 22.06.2021
318
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko UEFA-ya məktubla müraciət edib.

Millət vəkili bu barədə özünün feysbuk səhifəsində yazıb.

Qonçarenko Rusiyadakı epidemioloji vəziyyətlə bağlı Avropa çempionatının qalan oyunlarının bu ölkədən alınmasını istəyib: "Bu, koronavirus pandemiyasının yeni dalğası ilə əlaqədardır. Vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinin azarkeşlərin və iştirakçıların həyatı üçün təhlükə yaratdığını nəzərə alaraq, UEFA-dan Sankt-Peterburqdakı matçların başqa ölkədə keçirilməsini xahiş etdim".

Qeyd edək ki, "Sankt-Peterbuq Arena" E qrupunun III turunun İsveç - Polşa və 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi etməlidir. Pandemiyanın 3-cü dalğası ilə bağlı iyunun 17-dən Sankt-Peterburqda yeni qadağalar tətbiq edilməyə başlayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR