Ukraynalı ekspert “İrəli” Yaşıllar Klubu ilə görüşüb

GƏNCLİK
15:50 20.12.2013
1147

“İrəli” Yaşıllar Klubunun təşkilatçılığı ilə “Davamlı inkişaf istiqamətində müxtəlif yanaşmalar” mövzusunda görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, “İrəli” Gənclik Mərkəzində baş tutan görüşün qonağı Ukraynanın “Ekoloji təşəbbüslər” Milli Gənclər Mərkəzinin Ətraf-mühitin mühafizəsi ilə bağlı məsələlər üzrə məsləhətçisi Oksana Əliyeva olub.Görüş diskussiya şəklində keçirilib. İştirakçılar mövzu ilə bağlı geniş müzakirələr aparıb və bir çox ekoloji məsələlərə toxunulub.Daha sonra ekspert tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR