Ukraynalı jurnalist öldürüldü, daha bir müxbir yaralandı

Ukraynalı jurnalist öldürüldü, daha bir müxbir yaralandı
DÜNYA
11:38 27.04.2023
180
Xerson vilayətində snayperlərin pusqusuna düşən ukraynalı jurnalist Boqdan Bitik həlak olub, La Repubblica-nın müxbiri Korrado Zunino isə yaralanıb.

AZXEBER.COM xəbər verir ki, İtaliyanın "La Repubblica” qəzetində çalışan ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində snayperlər tərəfindən güllələnib.

Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında baş verən hücumda "La Repubblica”nın müxbiri Korrado Zunino da yaralanıb. Xersonda xəstəxanaya yerləşdirilən Zuninonun müalicəsi davam edir.

"La Repubblica” Zunino və Bitikin Xerson bölgəsində şübhəli rus snayperlərinə qarşı pusquya düşdüklərini açıqlayıb. 

Rusiya hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR