Polşanın şərqində ukraynalı qaçqınların olduğu avtobus qəzaya uğrayıb.
Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Avtobus Qrebendəki sərhəd keçid məntəqəsindən Lyublin istiqamətində hərəkət edib. 73 sərnişin və iki sürücünün olduğu avtobusun aşması nəticəsində dördü uşaq olmaqla beş nəfər xəstəxanaya yerləşdirilib.