Ukraynalı qadın Bakıda dələduzların toruna necə düşdü? - TƏFƏRRÜAT

Ukraynalı qadın Bakıda dələduzların toruna necə düşdü? - TƏFƏRRÜAT
DÜNYA
23:32 29.01.2024
287
Övladının müalicəsi üçün Bakıya gələn qadın 2 güna hava limanında gecələməli olub.

Xezerxeber.az xəbər verir ki, söhbət Ukrayna vətəandaşı 31 yaşlı Yelena Prudkoqlyadan gedir.

7 yaşlı övladının xərçəng xəstəliyindən əziyyət çəıkdiyini deyən Yelena iddia edir ki, o Bakıya sinif yoldaşının dəvəti ilə gəlib.

Sosial şəbəkələrin birində övladının xəstəliyi ilə bağlı post paylaşdığını iddia edən Yelena deyir ki, sinif yoldaşı Anya ona vəd verir ki, Bakıda onun övladını müalicə etdirəcək.

Beləliklə çarəsiz qadın əlində-ovcunda olanları sinif yoldaşına göndərir. Bundan sonra isə Bakıya üz tutur.
Yelena Prudkoqlyad baş vermiş hadisə ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Məsələ ilə bağlı araşdırma aparılacağı bildirildi. Köməksiz vəziyyətdə qalan Yelena isə övladı ilə birlikdə Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.
 

OXŞAR XƏBƏRLƏR