Ukraynanın Qostomel şəhərində bir şəxs oğurlandığı qulaqcıqları sayəsində rus əsgərlərini təqib edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Qostomel şəhərində Vitali Semenets adlı şəxs rus əsgərləri tərəfindən evindən oğurlanan simsiz qulaqcıqları sayəsində əsgərlərin yerini addım-addım izləyib. Daha sonra o, sosial şəbəkə hesabı vasitəsilə əsgərlərin xəritədəki mövqeyini paylaşıb.
Semenetsin dediyinə görə, qulaqcıqlar Belarus sərhəddini keçərkən, daha sonra isə Rusiyanın Belqorod vilayətinin Kukuyevska şəhərində Donbasa hücuma hazırlaşmaq üçün rus qoşunlarının toplaşdığı yerdə görüntülənib.
Digər tərəfdən, Belarusdakı bir poçt idarəsinin təhlükəsizlik kamerası görüntülərində rus əsgərlərinin ukraynalıların evlərindən qarət etdikləri, paltaryuyan maşın, noutbuk və elektrikli skuter kimi əşyaları qablaşdıraraq Rusiyadakı evlərinə göndərdiyi görülüb.
Ayşən Mirzəyeva