Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ukraynadakı münaqişə zonalarından olan 700 min uşağın Rusiyada olduğunu bildirib.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Karasin sosial media hesabında Kiyev rəhbərliyinin uşaqlarla bağlı problem yaratmağa çalışdığını iddia edib.
"Rusiyanın bəzi Avropa ölkələrindən fərqli olaraq uşaqlara qayğı və isti münasibət bəslədiyini” müdafiə edən Karasin "Son illərdə Ukraynadakı münaqişə bölgələrindən qaçan 700 min uşaq ölkəmizə sığınıb", deyə bildirib.
Qeyd edək ki, müharibənin başladığı 2022-ci il fevralın 24-dən indiyədək 19 492 ukraynalı uşaq qanunsuz olaraq deportasiya edilib.
Mikayıl