Ukraynalı yazıçı raket hücumu nəticəsində həlak oldu

Ukraynalı yazıçı raket hücumu nəticəsində həlak oldu
DÜNYA
11:35 03.07.2023
619
Ukraynanın mükafat alan gənc yazıçılarından olan Viktoriya Amelina Rusiyanın Kramatorsk şəhərində pizza restoranına raket hücumu nəticəsində yaralanaraq dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, döyüş cinayətləri ilə bağlı araşdırmalar da aparan Amelina hücumda həyatını itirən 13-cü ictimai xadim olub.

"Həkimlər onun həyatını xilas etmək üçün hər şeyi etdilər, lakin onun yaraları çox dərin idi", - PEN yazıçılar birliyinin Ukrayna bölməsi bildirib.

Hüquq müdafiəçiləri bu hücumu hərbi cinayət hesab edirlər.

Qeyd edək ki, Kramatorsk şəhəri Ukraynanın nəzarəti altındadır, lakin Rusiyanın işğal etdiyi ərazilərə çox yaxındır.

Mikayıl
OXŞAR XƏBƏRLƏR