Ukraynalılar açıqladılar: Bu şəhərdə 30-a yaxın rus əsgəri öldürüldü

Ukraynalılar açıqladılar: Bu şəhərdə 30-a yaxın rus əsgəri öldürüldü
DÜNYA
14:20 25.04.2022
446
Nikolayev vilayətində geri çəkilən rusiyalı hərbçilər öldürülüb.

AZXEBER.COM xəbər verir ki, Nikolayev vilayətindən geri çəkilməyə cəhd edən rus əsgərlərinin bir hissəsi öldürülüb. Bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim özünün yeni videomüraciətində bildirib. 

Vitali Kim bildirib ki, 30 rus əsgəri dəstələr tərəfindən güllələnib, cəsədləri yandırılıb:

"Bilmirəm, doğrudur, ya yox, yoxlamaq lazımdır. Rus ordusu Nikolayev ərazisindən geri çəkildiyinə görə 30-a yaxın adam öldürülüb. Deyilənə görə onların bəziləri güllələnib, bəziləri cəbhə xəttinə geri qaytarılıb".

O, bir daha rusları təslim olmağa çağırıb:

"Ruslara müraciət edərək bildirmək istəyirəm ki, təslim olmaq daha yaxşıdır. Siz təslim olmaq yolu ilə istədiklərinizə nail ola bilərsiniz, amma burada qaldığınız müddətdə yalnız ölə bilərsiniz".

Ayşən
OXŞAR XƏBƏRLƏR