Müharibədən əvvəl işi olan ukraynalıların 50%-dən çoxu hazırda işsizdir. 22%-i isə həmişəki kimi işləməyə davam edir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynada keçirilən milli sorğunun nəticələrində deyilir.
Sorğuya əsasən, ukraynalıların yalnız 2%-i yeni iş tapıb. Müharibədən əvvəl işləyən ukraynalıların yarısı isə (53%) hazırda işsizdir. Həmçinin, 21% insan vəzifələrini uzaqdan və ya qismən yerinə yetirir. Respondentlərdən yalnız 22%-i həmişəki kimi işləyir.