"Burada Rusiya necə haqlı ola bilər ki, bir müstəqil dövlətə təcavüz edir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Rusiya-Ukrayna məsələsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Ukraynanı parçalayacaqlar:
"Bir ölkə başqa bir ölkəyə təcavüz edir, burada hansı tərəfin haqlı olduğu məlumdur. Yəni burada Rusiya necə haqlı ola bilər ki, bir müstəqil dövlətə təcavüz edir. Burada nə haqq ola bilər? Sadəcə olaraq Rusiya istəmir ki, Ukrayna NATO-nun üzvü olsun, neytral qalsın. Ukrayna da gərək öz neytrallığını qoruya. Amma təcavüzkarın tərəfində dayanmaq olmaz. İndi bu vəziyyətdə mən inanmıram ki, məsələ danışıqlarla həll olunsun. Ukraynanı parçalayacaqlar”.
Aydın Nuri