Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb

Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb
DÜNYA
19:49 18.06.2025
332
Çoxsaylı vətəndaşlıq haqqında qanun iki və daha çox pasporta sahib olmaq hüququnu nəzərdə tutur. Hazırda xaricdə altı milyon vətəndaşımız var. Bu qanun məhz onlar üçün, onları itirməmək üçündür.

Bunu bu gün Ukrayna parlamentində Ali Radanın hakim "Xalqın xidmətçisi" partiyasından olan deputat, yeni qanun layihəsinin müəlliflərindən olan Ruslan Qorbenko bildirib.

O bildirib ki, bu da xüsusilə Rusiyanın hücumu səbəbindən xaricə köçən köçkünlər üçün vacibdir:

"Qanun hazırda ölkəmizi müdafiə edən və vətəndaşlığı olmayan və ya başqa ölkənin, o cümlədən Rusiyanın vətəndaşlığına sahib olanları da nəzərdə tutur. Yəni ölkəmizdə bu kateqoriyadan olanlara Ukrayna vətəndaşlığı almaq imkanı verir. Ölkəmizdə Rusiya və Belarus vətəndaşlarından ibarət çoxlu hərbi legionlar var. Onlar bu müharibədə Ukraynanı müdafiə etdikləri üçün biz onlara vətəndaşlıq almaq hüququ veririk. O cümlədən onların qohumlarına da bu imkanı veririk".

Ukrayna Ali Radasın deputatı Volodimir Vyatroviç da bildirib ki, yeni qanum Ukraynadan kənarda doğulmuş, lakin əcdadları Ukraynada yaşamış insanlara da Ukrayna vətəndaşlığı almaq imkanı verir:

"Xarici ukraynalı statusuna malik olan ukraynalılar Ukrayna ərazisində bir il yaşadıqdan sonra sadələşdirilmiş prosedurla Ukrayna vətəndaşlığı ala bilərlər".

"Bu qanun artıq başqa ölkələrin vətəndaşlığını almış ukraynalıların geri qayıtması üçün imkanlar yaradır. Söhbət həm çoxdan gedənlərdən, eləcə də, 2022-ci ildə gedənlərdən gedir", - deputat əlavə edib.
 
///report
OXŞAR XƏBƏRLƏR