ABŞ və müttəfiqləri Ukraynanın Rusiyanın hərbi təcavüzünə boyun əyməsinə imkan verməyəcək.
Bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.
O, ABŞ Konqresinin Ukraynaya hərbi yardımı təsdiqləməkdə çıxılmaz vəziyyətə düşməsinə baxmayaraq, ölkəsinin Ukraynanın Rusiyaya qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcəyini vəd edib.