"Ukraynanın Aİ-yə daxil olması 15-20 il uzana bilər"

"Ukraynanın Aİ-yə daxil olması 15-20 il uzana bilər"
DÜNYA
16:38 23.05.2022
337
Fransalı nazir Ukraynanın Aİ-yə daxil olmasının 15-20 il uzana biləcəyini deyib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərəfindən hücuma məruz qalan Ukrayna fevralın 28-də Avropa İttifaqına üzvlük üçün müraciət edib. Ukrayna prezidenti Zelenski də ölkəsini təcili olaraq Aİ-yə qəbul etməyə çağırıb.
 
Bununla belə, Fransanın Avropa məsələləri üzrə dövlət naziri Klement Beaune bildirib ki, Ukraynanın Aİ-yə daxil olması 15-20 il çəkə bilər. "Mən ukraynalılara heç bir yalan təqdim etmək istəmirəm” deyən Beaune Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Aİ-yə daha tez inteqrasiyasına kömək edə biləcək daha sərbəst "Avropa siyasi icması” yaratmaq təklifini təkrar dilə gətirib. Avropa İttifaqı ölkələri Ukraynanın Aİ ilə inteqrasiyasına uzunmüddətli perspektivdə müsbət baxsa da, lakin qərarın tələsik verilməyəcəyi mesajını verirlər. Almaniya kansleri Olaf Şolz da ötən həftə verdiyi açıqlamada ölkəsinin Ukraynadan əvvəl Qərbi Balkan ölkələrini Avropa İttifaqında görmək istədiyini bildirib.
 
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra keçmiş Sovet Sosialist Respublikasının tərkibində olan 3 ölkə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edib. Ukrayna və Gürcüstandan sonra Moldova da martın əvvəlində Aİ-yə müraciət etdiyini açıqlayıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR