Ukraynanın baş naziri Arseni Yasenyuk istefa verdiyini bildirib.
"Report" xəbər verir ki, obunu "Baş nazirlə 10 dəqiqə" verilişi zamanı bəyan edib.
"Mən baş nazir səlahiyyətlərini dayandırmaq barədə qərar qəbul etmişəm. Qərar aprelin 12-də Ali Radaya çıxarılacaq", — deyə baş nazir bildirib.
Arseni Yasenyuk "Xalq cəbhəsi" partiyasının onun istefasından sonra koalisiyada qalacağını əlavə edib.