Ukraynanın bərpası üçün 119 milyard dollar lazımdır

Ukraynanın bərpası üçün 119 milyard dollar lazımdır
DÜNYA
13:19 14.03.2022
356
Ukraynanın İqtisadiyyat Nazirliyi müharibədən sonra infrastrukturun bərpasının nə qədər başa gələcəyini açıqlayıb.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi müharibədən sonra infrastrukturun bərpasının nə qədər başa gələcəyini hesablayıb. Məlum olub ki, dağılmış infrastrukturun bərpası üçün 119 milyard dollardan çox vəsait ayırılmalıdır.
 
Bu barədə məlumatı İqtisadiyyat Nazirinin birinci müavini Denis Kudin bildirib.
 
O vurğulayıb ki, müharibə nəticəsində itkilərin hesablanması gün keçdikcə daha da artır: "Biz görürük ki, düşmənimiz uşaq bağçalarını, məktəbləri, xəstəxanaları da dağıtmağa çalışır. Müharibədən sonra isə biz bütün bunları bərpa etməli olacağıq.
 
Dağılmış infrastrukturun bərpasının məbləği 119 milyard dollardan çoxdur və müharibənin hər günü ilə təəssüf ki, bu məbləğ get-gedə daha da artır”.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR