Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib

Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib
DÜNYA
12:20 14.05.2023
223

Bazar günü gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində məlumat verilib.

Bildirilib ki, sirenalar Bakı vaxtı ilə saat 04:42-dən başlayıb. Bundan əvvəl Ukraynanın cənubunda, şərqində və mərkəzi hissəsində hava həyəcanı elan edilib.

Xatırladaq ki, daha öncə Ukrayna mətbuatı Ternopil və Xersonda partlayışlar barədə məlumat yayıb. Partlayışların hansı obyektlərdə eşidildiyi açıqlanmayıb.

OXŞAR XƏBƏRLƏR